22.11.2024, 02:00
AZ EN
09.04.2024, 16:40 216

Laçında atelye fəaliyyətə başlayıb

ŞƏRQİ ZƏNGƏZUR
  • Laçın şəhərində daha bir istehsalat sahəsi fəaliyyətə başlayıb.

"Naxışlı" atelyesi 10 günə yaxındır Laçında fəaliyyət göstərir. Layihə rəhbəri Təranə Sultanova atelye barəsində danışarkən bildirib ki, atelye müasir standartlara cavab verən istehsal sahəsidir. Əsas məqsəd Laçın brendini yaratmaq, burada xanımların işlə təmin olunmasını təşkil etmək və onların əl işlərini dünyaya tanıtmaqdır.

“İşçilərin hər biri atelyedə hazırlıq kursu keçir. Bu sahədə heç bir fəaliyyəti olmayanlar da atelyedə tərəfimizdən peşə hazırlığı kursu keçib, sonra işə qəbul olunur. Hazırda 13 nəfər işlə təmin olunub, gələcəkdə isə daha 13-14 nəfərin işləməsi üçün vakansiyamız var. Atelye 11 otaqdan ibarətdir və ən son standartlara cavab verən, yüksək keyfiyyət və funksionallığa malik İsveçrə istehsalı olan “Bernina” brendinin avadanlıqları ilə təmin olunub. Avadanlıqlar tam kompüterləşdirilib. Pilot, özünü blok etmə funksionallığı var, bir sözlə, smart maşınlardır. Avadanlıqda problem yaranarsa, özünü avtomatik bloklayır, problemin nədə olduğu monitorda göstərilir və bunun həlli də izah edilir. Bu da o deməkdir ki, hər bir işçi həmin problemi həll edə bilir, ustaya ehtiyac duyulmur. Bununla da zaman qazanmış oluruq”, - deyə Təranə Sultanova qeyd edib.

Bu atelyedə toxuma keyfiyyəti çox yüksəkdir, avadanlıqların 1000-dən çox naxış toxuma özəlliyi də var.

İlkin mərhələdə ev tekstili - süfrələr, yemək servisi üçün dekorativ örtüklər, salfetlər, dəsmallar toxunacaq. Zamanla məhsul çeşidləri də artırılacaq. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR