08.09.2024, 05:53
AZ EN
16.10.2023, 12:44 317

Laçında müəllimlərin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi keçirilib

ŞƏRQİ ZƏNGƏZUR
  • Sentyabrın 8-dən oktyabrın 14-dək təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsi keçirilib.

Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən bildirilib ki, müsahibə nəticələri ilə bağlı məlumat yaxın günlərdə təhsilverənlərin şəxsi kabinetlərinə göndəriləcək.

Qeyd edək ki, “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində təhsil müəssisələrinin bərpası nəticəsində Laçın şəhəri 2 nömrəli tam orta məktəbdə tədris prosesi yenidən təşkil olunub. Sözügedən təhsil müəssisəsində fəaliyyət göstərən müəllimlər 14 oktyabr tarixində sertifikatlaşdırma prosesinin müsahibə mərhələsində iştirak ediblər. (AZƏRTAC)

Oxşar xəbərlər