22.11.2024, 10:00
AZ EN
18.07.2023, 14:43 162

Yaxın gələcəkdə Kəlbəcər balı dünya bazarına çıxarılacaq

ŞƏRQİ ZƏNGƏZUR
  • Kəlbəcərli Tofiq Hümbətov 35 ildir ki, arıçılıqla məşğul olur. Bu günlərdə İctimai televiziyaya verdiyi məlumata görə, arıçılıq onların dədə-baba sənətidir: “Gözümü açandan ailəmizin bu işlə məşğul olduğunu görmüşəm. Yenidən doğma Kəlbəcərdə arıçılıqla məşğul olmaq məni çox sevindirir. Bu il Kəlbəcər balının mövsümü yağıntılara görə bir az gecikib. Əslində balın sezonu iyulun ortaları olmalıdır. Bal bu ərəfələrdə süzülməlidir. İkinci sezon avqustun ortalarında, üçüncü isə sentyabrda olur”.

Tofiq Hümbətov artıq ikinci ildir ki, doğma Kəlbəcərdə öz sevimli işi ilə məşğul olur. Qeyd edək ki, bu Kənd Təsərrüfatı Nazirliyinin pilot layihəsi çərçivəsində həyata keçirilir.  

Onu da qeyd edək ki, Tofiq Hümbətov bu işi təkbaşına görmür. Kəlbəcər sakini Nizami Cəlalovla birlikdə onlar 150-200-ə yaxın arı ailəsinə baxırlar.

Arıçı Nizami Cəlalov da gənc yaşlarından arıçılıqla məşğul olur. O, gördüyü işdən zövq aldığını və Kəlbəcər balının faydalarını saymaqla bitmədiyini söyləyir. “Kəlbəcərdə həm çiçək zəngindi, həm də buranın suları mineraldı. Kəklikotu, qantəpər, gülxətmi, yelmiqara və.s. Hər çiçək də bir dərdin dərmanıdı”.

Elə bundandır ki, Kəlbəcər balı dünyada ən nadir ballardan sayılır. Azərbaycanda 650-yə yaxın bitkidən 520-si Kəlbəcərdə bitir.

Mütəxəsislərin fikrincə, Kəlbəcər balının digər ballrdan bu cür fərqlənməsi gələcəkdə ölkəmizdə həm keyfiyyyətli bal istehsalının, həm də Kənd təsəttüfatı məhsullarının ixrac potensialının artmasna səbəb olacaq. Yaxın gələcəkdə Kəlbəcər  balının dünya bazarına çıxarılması da planlaşdırılır.  

Mina RƏŞİD  

Oxşar xəbərlər

SON XƏBƏRLƏR