Bu il artıq altıncı ildir ki, Cəbrayıl rayonunda ipəkqurdu bəslənilir. Cari ilin barama mövsümü üçün kümçülər tərəfindən 5.2 ton yaş baramanın istehsalı nəzərdə tutulub. 2023-cü il mayın 29-dan artıq yaş barama tədarükünə başlanılıb. 20 kümçü tərəfindən “AZƏRİPƏK” MMC-yə 1399.5 kq yaş barama təhvil verilib. Hazırda yaş barama tədarükü davam etdirilir.
Hazırladı: Mina RƏŞİD