09.06.2025, 11:57
AZ EN
02.12.2022, 11:23 370

Laçına qayıdış günü çox yaxındadır

ŞƏRQİ ZƏNGƏZUR
  • Bu günlərdə İctimai Televiziyanın əməkdaşları Laçın şəhərindən  quruculuq işləri ilə bağlı reportaj hazırlayıblar. İki ay əvvəl televiziyann Laçında olmuş əməkdaşlarının sözlərinə görə, qısa müddətdə şəhər həddindən artıq  dəyişib. Çünki burada quruçuluq işləri çox sürətlə həyata keçirilir. Şəhərdə gecəli-gündüzlü yeni tikinti işləri aparılır. Laçın şəhərinin girişində 3 və ya 4 otaqlı evlər də artıq hazırdır. Qeyd edək ki, evlərin su, kanalizasiya və işıq xətləri də çəkilib. Şəhər qazla təmin olunduqdan sonra qaz da çəkiləcək.

Laçın şəhər 2 saylı tam orta məktəbin yenidən qurulmasında da sürətlə iş gedir. Məktəbdə divarından tutmuş damına qədər hər şey yenidən tikilir və o doğma övladlarını qoynuna alaraq tezliklə ən gözəl, müsair məktəblərimizdən birinə çevriləcək.

Televiziyanın əməkdaşı deyir ki, 2 ay əvvəl onlar burada olanda yarımstansiyanın ancaq təməli qoyulmuşdu. İndi isə burada o qədər sürətlə iş aparılıb ki, əvvəl gördüyümüzdən əsər-əlamət yoxdur. Qeyd edək ki, “Laçın” Qovşaq Yarımstansiyası Qarabağ və Şərqi Zəngəzurun enerji sistemini birləşdirəcək. İşğaldan azad edilmiş ərazilərə enerji təminatına nəzarət məhz bu şəhərdən həyata keçiriləcək.

Laçında həm yeni evlər tikilir, həm də dağıdılmış evlər bərpa olunur. Onu da bildirək ki, Laçın şəhəri düşmənin qismən dağıtdığı ərazilərimizdəndir. Bunun da səbəbi Laçının strateji baxımdan əhəmiyyəti və burada düşmənin qanunsuz məskunlaşdırma siyasətinin aparırılması idi. Lakin ədalət öz yerini tapdı. İndi doğma şəhərimiz tezliklə qayıdacağımız yerlərdən biridir.

Elə bir şəhər təsəvvür edin ki, evləri dağın sinəsinə ulduz kimi səpələnmiş olsun. Belə şəhəri almaq üçün böyük itkiləri gözə almaq lazım idi. Buna görə də 10 noyabr tarixli üçtərəfli bəyanata əsasən, Laçın rayonu dekabrın 1-də erməni silahlı qüvvələrindən təmizlənərək Azərbaycana qaytarılması təkcə laçınlıların yox, bütün dünya azərbaycanlılarının böyük sevincinə səbəb oldu.

Şəhərdə aparılan fasiləsiz quruculuq işlərindən görünür ki, Laçına qayıdcağımız o böyük gün çox yaxındır!

 

Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər