"Vətən səsi" xəbər verir ki, tenderin qalibi "El-Seym İnşaat" Qapalı Səhmdar Cəmiyyəti olub. Tenderin şərtlərinə əsasən, Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-128 üzrə binaların tikintisi həmin şirkətə həvalə edilib. Səhmdar cəmiyyətlə sifarişçi arasında imzalanmış müqavilənin ümumi dəyəri 10 milyon 187 min 487 manatdır. Satınalma ilə bağlı tender elanında tikinti layihəsinin ehtimal olunan qiymət 11 milyon 51 min 927 manat təşkil edirdi.
Xatırladaq ki, "El-Seym İnşaat" QSC bundan əvvəl Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu Publik Hüquqi Şəxsi tərəfindən elan edilən tenderdə də uğur qazanıb. Şirkət İnstitutun balansında olan obyektlərin əsaslı təmir işlərinin satın alınması üzrə keçirilən tenderin qalibi olub. Həmin müqavilənin dəyəri 824 min 361 manat təşkil edib.
Elxan SALAHOV