Bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.
Vahid Hacıyev diplomatik korpusun təmsilçilərini Horovlu kəndində aparılan yenidəqurma işləri haqda ətraflı məlumatlandırıb.
Onun sözlərinə görə, Horovlu kəndində altı kəhrizdən beşi bərpa olunub: “Bildiyiniz kimi, bütün Cəbrayıl tamamilə dağıdılıb və tək bir ev belə qalmayıb. Biz hər şeyi sıfırdan inşa edirik. Horovlunun ən maraqlı tərəfi kəhrizlərdir. Cəbrayıl bölgəsinin özündə çox sayda - 100-dən çox kəhriz var. Beləliklə, Horovluda altı kəhrizdən beşi artıq bərpa edilib”.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə kəhrizlərin bərpasında iştirak edən Koreya Respublikasının “Koica” şirkətinə təşəkkür edib: “Fürsətdən istifadə edərək Beynəlxalq Miqrasiya Təşkilatına və Koreya hökumətinə, eləcə də “Koica” şirkətinə kəhrizlərin bərpasına verdiyi töhfələrə görə təşəkkür etmək istərdim”. (APA)
