"Vətən səsi" xəbər verir ki, tenderlərdən biri 100, digəri isə 20 fərdi evin tikintisini nəzərdə tutur. Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin keçirdiyi tenderlərin nəticələrinə uyğun olaraq, ümumi sahəsi 16 min 830 kvadratmetr olan 100 fərdi yaşayış evinin təmiri “Real-İnşaat” MMC-yə həvalə olunub. Bunun üçün həmin şirkətin hesabına 5 milyon 857 min 644 manat köçürülüb.
Ümumi sahəsi 3 min 366 kvadratmetr olan 20 fərdi yaşayış evində təmir işlərinin yerinə yetirilməsi üzrə tenderin isə qalib “Capitel Group” MMC seçilib. Bunun üçün sifarişçi ilə icraçı şirkət arasında 1 milyon 172 min 630 manat dəyərində müqavilə imzalanıb. Bununla da hər iki şirkət Xocavənd şəhərində fərdi yaşayış evlərinin təmirində əsaslı işlərinə ümumilikdə 7 milyon 30 min 274 manat xərcləyəcək.
Elxan SALAHOV