Bunu Prezidentin izi ilə Laçına təşkil olunmuş mediatur çərçivəsində açıqlamasında “LATİFA” tikiş fabrikinin direktoru Güloğlan Həsənov deyib.
Onun sözlərinə görə, Laçın Aqro-Sənaye Parkında fəaliyyət göstərən “LATIFA” tikiş fabrikində gələcəkdə işçilərin sayının 120-yə çatdırılması planlaşdırılır. Bu da Laçın şəhəri və ətraf kəndlərə daimi köçən sakinlərin dayanıqlı işlə təmin olunması üçün nəzərdə tutulub.
G. Həsənov qeyd edib ki, fabrikdə gün ərzində 2 min ədəd tekstil məhsulu istehsal olunacaq:
“Buraya ev tekstili, xüsusi geyimlər, idman dəstləri və digər məhsulların istehsalı daxildir. Ümumiyyətlə, Qarabağ və Şərqi Zəngəzurun dirçəldilməsi istiqamətində əhalinin dayanıqlı məskunlaşmasını təmin etmək dövlətin əsas hədəfindədir.
Laçında qurulan yeni istehsal müəssisələri innovativ texnologiyalarla təhciz olunub və bu da istehsal olunan məhsulların ixracyönümlülüyü baxımlndan böyük əhəmiyyət daşıyır”.
Xatırladaq ki, Prezident İlham Əliyev mayın 27-də “LATIFA” Laçın tikiş fabrikinin açılışında iştirak edib. (Report)