23.11.2024, 11:57
AZ EN
29.08.2024, 08:00 179

Laçının daha bir kəndinə Böyük Qayıdış prosesi gedir

ŞƏRQİ ZƏNGƏZUR
  • Sevindirici haldır ki, bir neçə ay bundan əvvəl bünövrəsi qoyulan Laçın rayonunun Bəylik kəndi indi gözəl bir görkəm alıb. Evlər tamamilə yekunlaşmaq üzrədir. Burada 35 hektar ərazidə 91 fərdi yaşayış evinin tikintisi  həyata keçirilir.70-dən çox ev demək olar ki, hazırdır. Artıq fasad örtüyündə son tamamlama işləri həyata keçirilir. Digər ərazilərdə isə geridə qalan 91 evin tamamlanması üçün tikinti işləri davam etdirilir ki, onların da fasad örtüyündə işlər tamamlanmaq üzrədir.

Az.TV-nin məlumatına görə, 35 hektar ərazidə inşa ediləcək evlərlə yanaşı,  eyni zamanda burada 1 ədəd klub-icma, 1 ədəd ticarət mərkəzi və 1 ədəd marketin inşası həyata keçirilir. Həm də burada tikiləcək fərdi yaşayış evlərindən 13-ü 2 otaqlı, 50 ədədi 3 otaqlı, 15-i 4 otaqlı və 13-ü 5 otaqlıdı. Bununla yanaşı, burada qaz, su, elektrik xəttləri tamamilə yenilənib, asvalt örtüyü yenilənəcək. Burada yaşıllıq ərazilər salınacaq və eyni zamanda çay ərazisində olduğu üçün bir qisim hissələrdə bəndlənmə işləri həyata keçiriləcək və digər ərazilərdə evlərin tikintisində olduğu kimi bu ərazilərdə də evlərin üst hissəsində Günəş panellərindən istifadə olunacaq ki, bu, həm ekoloji baxımdan olduqca yaxşıdı, eyni zamanda sakinlər üçün böyük bir sərfiyyatdır.

Tikintisi davam edən digər evlərə nəzər saldıqda bu evlərin  tikintisində termoizoliyasiya sistemlərindən istifadə olunur. Hansı ki, bu izalizasiya sistemləri ən müasir standartlara cavab verən tikinti materiallarıdır.

Bilirik ki, Laçın rayonu dağlıq ərazidə yerləşir, iqlim olduqca sərttir. Bu termoizoliyasiya sistemləri qışda soyuqdan, yayda isə  istidən evləri qoruyur. Göründüyü kimi, işlər artıq yekunlaşmaq üzrədir. Əlbəttə ki, deyə bilərik ki, Bəylik kəndi köçə tam olaraq hazır olmasa da, qismən hazırdır. Bir qədər vaxtdan sonra artıq Bəylik kəndinə də öz sakinləri köçəcək. Uzun illərdən sonra kənd öz sakinlərinə qucaq açmağa hazırlaşır.

Onu da vurğulamaq yerinə düşər ki, Bəylik kəndində məktəb və baxça inşa olunmayacaq. Çünki Sus kəndi ilə aralarındakı məsafə az olduğu üçün buranın sakinləri, balaça fidanları Sus kəndindəki baxça və məktəbdə öz təhsilərini davam etdirəcəklər.

Onu da qeyd edək ki, burdakı evlər müasir standartlara cavab verməsiylə yanaşı, eyni zamanda  hər biri 1 mərtəbədən ibarətdir. Hər birinin həyətində müxtəlif əldamları da oacaq ki, məhz sakinlər çox rahat şəkildə bunlardan istifadə etsinlər.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər