08.09.2024, 07:23
AZ EN
28.06.2024, 16:29 255

Cəbrayılda ilin sonunadək 33 binadan ibarət kompleks istismara veriləcək

ŞƏRQİ ZƏNGƏZUR
  • Bu ilin sonunadək Cəbrayılda ilin sonunadək 712 mənzillik 33 binadan ibarət kompleks istismara veriləcək.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.

O, bu il Cəbrayıl şəhərinə köçün planlaşdırıldığını qeyd edib.

"Hazırda 712 mənzilli 33 binadan ibarət kompleksin tikintisi demək olar ki, başa çatıb və artıq köçürülmə planlaşdırılıb. Təmir işləri də yekunlaşmaq üzrədir. Bundan başqa, köçürülmənin nəzərdə tutulduğu Xorovlu kəndində də aktiv iş aparılır. Cəbrayılın Şükürbəyli kəndində də fəal tikinti gedir. Zəngilanda həm şəhərin özündə, həm də Cahangirbəyli kəndində mənzillərin və məktəbin tikintisi davam edir. Qubadlıda, Zilanlı və Mahruzlu kəndlərində də aktiv tikinti işləri görülür və keçmiş məcburi köçkünlərin köçürülməsi planlaşdırılır", - o deyib. (Trend)

Oxşar xəbərlər