16.04.2025, 05:05
AZ EN
01.06.2024, 16:21 350

“Merik” və “Ağbulaq” SES-lərinin istismara veriləcəyi tarix açıqlanıb

ŞƏRQİ ZƏNGƏZUR
  • Bu ilin yayın sonunadək “Merik” və “Ağbulaq” su elektrik stansiyalarının (SES) istismara verilməsi planlaşdırılır.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin Laçın rayonu üzrə xüsusi nümayəndəsi Məsim Məmmədov deyib.

O bildirib ki, bu il yayın sonunadək “Ağbulaq” və “Merik” kiçik su elektrik stansiyalarının istifadəyə verilməsi planlaşdırılır.

“Ağbulağ”ı Laçındakı su elektrik stansiyaları arasında ən güclüsü adlandırmaq olar. “Ağbulaq-1” və “Ağbulaq-2”nin gücü müvafiq olaraq 14,2 meqavat və 14,8 meqavatdır. “Merik” kiçik su elektrik stansiyasının gücü isə 3,5 meqavatdır. Gələcəkdə biz başqa yaşayış məntəqələrində də yeni elektrik stansiyaları tikməyi planlaşdırırıq. Planlaşdırdığımız SES-lərdən 4-ü Laçında, 1-i Kəlbəcərdədir. Kəlbəcərdə tikiləcək SES Tərtər çayı üzərində - Çaykənd və Qamışlıda olacaq”, - deyə Prezidentin xüsusi nümayəndəsi əlavə edib. (AZƏRTAC)

Oxşar xəbərlər