09.06.2025, 02:44
AZ EN
27.07.2022, 14:35 462

Vahid Hacıyev: Zəngilanın ekosistemi bərpa olunur, 20 min çinar ağacı əkilib

ŞƏRQİ ZƏNGƏZUR
  • Zəngilanın yenidən qurulmasında ilk vacib məsələ işğal illərində zərər vurulmuş ekosistemin bərpasıdır.

Bunu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi Vahid Hacıyev deyib.

“Zəngilanın Bəsitçay hövzəsi boyunca yerləşən təbii çinar meşəsi Avropanın ən böyük, dünyanın isə ikinci ən böyük çinar meşəsi idi. Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı işğalçı siyasəti nəticəsində çinar meşələrinə də ekosid həyata keçirilib. İşğaldan azad edilən Zəngilan rayonunun ərazisində dərhal mütəxəssislər tərəfindən meşələrə vurulmuş ziyanın qiymətləndirilməsi prosesi başladılıb. Zərər vurulmuş ekosistemin bərpası üçün artıq 2020-ci ilin dekabr ayından başlayaraq Zəngilan rayonu ərazisində bu günədək 20 min çinar ağacı və 1000 kiloqrama yaxın palıd toxumu əkilib. Təbii potensialının olmasını nəzərə alaraq Zəngilan rayonunda həm dayanıqlı kənd təsərrüfatının, həm də turizm sahəsinin, xüsusilə ekoturizm və kənd turizminin inkişafına təkan verə biləcək sahələrin inkişafı da nəzərdə tutulub. İstər kənd təsərrüfatının inkişafı, istərsə də turizm potensialının istifadəsi burada yaşayan əhalinin məşğulluğuna müsbət təsir edəcək”, - deyə Prezidentin xüsusi nümayəndəsi söyləyib. (AZƏRTAC)

Oxşar xəbərlər