O, bunu Ekoloji məsələlər üzrə İşçi qrupun Zəngilanda keçirilən iclasında deyib.
N.Qaracayeva qeyd edib ki, 2023-cü ildə Cəbrayıl rayonunun Horovlu kəndində də bərpa-tikinti işləri başlayıb: "İşğaldan öncə Cəbrayılda 100-dən çox kəhriz mövcud olub. Lakin işğal dövründə kəhrizlər dağıdılıb. Hazırda Horovlu kəndində 5 kəhriz bərpa edilir, 2 kəhriz tam bərpa olunub, 3-nün bərpası üzrə işlər isə yaxın aylarda tamamlanacaq".
İşçi qrupun üzvü vurğulayıb ki, "Böyük Qayıdış" proqramının birinci mərhələsində 2024-cü ilin sonunadək Horovlu kəndində əhalinin sayı təxminən 1395 nəfər təşkil edəcək: "Növbəti illər üçün kənd əhalisinin sayının təxminən 3500 nəfər təşkil edəcəyi proqnozlaşdırılır". (Report)