Yaşayış kompleksi Cəbrayıl şəhərinin inzibati ərazisində 7,87 ha ərazidə inşa edilir və tikinti işlərinə bu ilin aprel ayının sonlarında başlanılıb.
Yaşayış kompleksində 6 kvartaldan ibarət olan və 33 ümumi yaşayış binası tikiləcək. Burada 4-5 mərtəbəli binalar olacaq və 712 mənzil tikiləcək. Mənzillərdən 8-nin birotaqlı, 136-sının ikiotaqlı, 8 mənzilin 2-3 otaqdan ibarət studiya tipli olması, 392 mənzilin üçotaqlı, 168 mənzilin isə dördotaqlı olması nəzərdə tutulub.
Tikinti işləri başa çatdıqdan sonra bu binalarda 2 158 sakinin məskunlaşması nəzərdə tutulur. (APA)