01.06.2025, 10:09
AZ EN
28.05.2022, 12:34 240

Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd yolu gələn ilin sonuna yekunlaşacaq

ŞƏRQİ ZƏNGƏZUR
  • “Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd yolunun tikintisi sürətlə davam edir”.

Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin layihələr üzrə mühəndisi Əyyub Hüseynov deyib.

O bildirib ki, yolun ümumi uzunluğu 123,6 km olmaqla birinci texniki dərəcəyə uyğun olaraq inşa edilir: “Yolun ilk 77 km-i altı zolaqlı olmaqla inşa ediləcək. Digər 44,6 km isə dördzolaqlı inşa olunacaq. Buna uyğun olaraq torpaq yatağı 21,5 m və 29,5 m olacaq. Ümumilikdə yoloxu boyu 415 ədəd süni qurğuların tikintisi nəzərdə tutulub. Süni qurğulardan 135 ədədi tamamlanıb. Yoloxu boyu 20 ədəd körpünün inşası nəzərdə tutulub. Bunlardan 6 ədədi yol qovşağı olacaq. Hazırda 17 ədəd körpüdə tikinti işləri davam edir”.

Əyyub Hüseynov bütövlükdə yolun 110 km hissəsində torpaq yatağının inşasının davam etdiyini vurğulayıb: “Demək olar ki, 35 milyon kubmetr torpaq yatağından 78%-i tamamlanıb. 25 milyon dolğu işlərinin isə 39%-i tamamlanıb. Yolun tamamlanması 2023-cü ilin sonuna nəzərdə tutulub”. (APA)

Oxşar xəbərlər