08.09.2024, 07:13
AZ EN
08.04.2023, 09:00 174

Cəbrayıl rayonu, Quycaq kəndi

ŞƏRQİ ZƏNGƏZUR

Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Quycaq kəndi eyniadlı inzibati ərazi dairəsinə daxildir. Düzənlikdə yerləşən kəndin adı 1828-ci ilə aid mənbədə Quyucaq qışlaq yeri kimi qeyd edilmişdir. İlk əvvəl Qışlaq, daha sonra Azərbaycanın cənubundan gəlmiş ailələrin burada saldığı kənd su quyusunun yanında yerləşdiyinə görə Quyucaq adlandırılmışdır. Kəndin şimal-şərqindəki dərələrdən biri indi də Quyudərəsi adlanır. Cənubi Azərbaycanda da bu adda kənd vardır. Quyu komponentli coğrafi adlara Dağıstan və Qərbi Azərbaycanın toponimiyasında da rast gəlinir. Qərbi Azərbaycanda Quyucuq yol ayrıcı, Piraquyu qəbiristanlığı, Dağıstanda Tərənkui gölü, Abdulkui dərəsi, Bozarkui xutoru, Alikui kurqan və s. vardır. Quycaq kənd əhalisinin əsas təsərrüfatı heyvandarlıq idi.

İsa MUSAYEV

Oxşar xəbərlər