21.11.2024, 20:45
AZ EN
24.03.2023, 08:40 295

Kəlbəcər rayonu, Bəzirxana kəndi

ŞƏRQİ ZƏNGƏZUR

Kəlbəcər rayonunun Bəzirxana kəndi Zar kənd inzibati ərazisinin tərkibindədir. Qarabağ yaylasının ətəyində yerləşən bu kəndin ərazisi qədim yaşayış məskəni olmuşdur. Ev himləri (özüllər) qazılarkən köhnə ev divarlarının qalıqları, alt-üst mərtəbəli qəbirlər, yerin altında düzəldilmiş bütöv saxsı küplər və s. aşkar edilmişdir. Yeni kəndin bünövrəsini təxminən 1850-1860-cı illərdə Zəylik kəndindən gələn Kərbəlayi Hüseyn, Molla Həsən, Kərbəlayi Təhməz, Kəlbəcərdən gələn Şükürlər tayfasının ulu babası İsmayıl qoymuşdur. Oykonim “kətan yağı və ya toxumu istehsal olunan yer” kimi izah oluna bilər. 1917-ci ildə Cavanşir qəzasında Birinci və İkinci Bəzirxana adlı iki kənd olmuşdur. Bəzir yağı istehsal etmək üçün istifadə olunan daşlar 1970-ci illərə qədər kəndin şərq hissəsində yerləşən dəyirmanın yanında qalırdı. Ad da buradan götürülüb. Azərbaycan Respublikasının Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Kəlbəcər rayonunun Zar kənd Sovetindən Bəzirxana kəndi Əli Bayramlı kənd Sovetinin tərkibinə verilmişdir. 25 noyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən azad olunan kənd yaylaqları, bulaqları, təbii mənzərələri ilə də məşhurdur.

İsa MUSAYEV

Oxşar xəbərlər