Əliquluuşağı kəndi Qubadlı rayonunda dağətəyi ərazidə yerləşir.
Kəndin keçmiş adı Qarabaşlı olmuşdur. Kənd əvvəllər bir qədər aralıda yerləşsə də, sonralar Qarabaşlı kəndindən Aliquluuşağı nəslinə mənsub ailələr indiki ərazidə kəndin bünövrəsini qoymuşlar. Kənd həmin nəslin adını daşıyır. Əliquluuşağı kəndində V əsrə aid “Qalaalı” qalası, “Göy qala”, “Laləzar körpüsü” kimi tarixi memarlıq abidələr var. Bərgüşad çayının üzərində altı oval, üstü isə düz bir formada salınmış, hər iki dayağı hündür qayalara söykənən Laləzar körpüsünün tikilmə tarixi 1867-ci il götürülür. Lakin bəzi tədqiqatçılar körpünü XVIII əsrə aid edirlər.
Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.
AZƏRTAC bu gün həmin kəndi fotoların yayımlayıb
Hazırladı: Sevda Süleymanova