11.11.2024, 18:34
AZ EN
21.06.2024, 08:26 298

Zəngilan rayonu, Aladin kəndi

ŞƏRQİ ZƏNGƏZUR
  • Zəngilan rayonunun Gilətağ kənd inzibati ərazi dairəsində olan Aladin kəndi Dağlıq ərazidə yerləşir. 1826-28-ci illər, Rusiya-İran müharibəsindən sonra Cənubi Azərbaycanın Aladin kəndindən gəlmiş azərbaycamlı ailələr tərəfindən salınmışdır.

Şərur rayonunda Aralıdağ yaxınlığındakı kənd xarabalığı da Aladin adlanır. Tədqiqatçılar bu oykonimin alan və dən sözlərindən ibarət olub, "hamar, düz yer" və "vilayət, dairə" mənasını ifadə etdiyini söyləyirlər. Lakin əslində bütün türkdilli xalqların toponimiyasında geniş yer tutan ala topokomponenti "müxtəlif rəngli; qonur rəng; böyük, geniş" mənalarını bildirir. 1917-ci ildə Lənkəran qəzasında Alabin kəndi qeydə alınmışdır. Bin sözü Azərbaycan dilinin şərq qrupu dialekt və şivələrində "məskən, oturaq həyat üçün yer; bünövrə" mənalarında işlənir. Qədim türk dillərində dın/din komponenti "düşərgə, məskən, dincəlmək üçün yer" mənalarını ifadə etmişdir. Beləliklə, həm Aladin, həm də Alabin oykonimi "böyük məskən, geniş yaşayış məntəqəsi" kimi başa düşülməlidir. Moskva vilayətində də Alabino adlı qəsəbə və digər yaşayış stansiyası qeydə alınmışdı.

Kənd 1993-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. İşğal dövründə erməni faşistləri kəndi yerlə bir etmişlər.

2020-ci il oktyabrın 30-da Aladin kəndi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər