XIX əsrədək yaşayış olmuş, sonradan əhalisi Teymur Müskənli kəndinə köçmüşdür. Kəndin adı XIV əsrin sonlarında Əmir Teymurun Qarabağda, eləcə də Zəngəzurda ordugah qurub Göyçə yaylaqlarına getməsi ilə bağlı meydana gəlmişdir. 1911-ci ildə Tiflisdə nəşr edilmiş "Qafqaz təqvimi"ndə qeyd edilmişdir ki, kənd sakinlərinin hamısı Azərbaycan türkləri olmuşdur. Dəniz səviyyəsindən 700-800 metr yüksəklikdə, rayon mərkəzindən 15 km şimal-qərbdə yerləşən Teymur Müskənli kəndinin ərazisində Mezazoy erasının əhəng daşları, şistlər, qum daşları və s. vardır. Kəndin əhalisi tarixən köçəri həyat tərzi keçiriblər. Onlar heyvandarlıq və taxılçılıqla məşğul olmuşlar. Cekist, Qara İlyasov, general- mayor Hüseyn Quliyev, Azərbaycanın xalq şairi Ramiz Rövşən bu kəndin yetirmələridir.
İsa Musayev