01.07.2025, 13:25
AZ EN
05.05.2024, 09:14 346

Qubadlı rayonu, Qilican kəndi

ŞƏRQİ ZƏNGƏZUR
  • Qubadlı rayonunun Xocahan kənd inzibati ərazi dairəsində olan Qilican kəndi Həkəri çayının sahilində, Bərgüşad dağ silsiləsinin ətəyində yerləşir. Yaşayış məntəqəsini 1915-ci ildə yaxınlıqdakı Seyidəhmədli kəndindən (hazirda mövcud deyil) gəlmiş seyidlər nəsli Qılıcan adlı yerdə salmışdır. Qılıc “dağ tirəsi”, -an isə “yer, məkan” bildirən şəkilçidir. Kənd salındığı ərazinin adı ilə adlanmışdır.

1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdir. Erməni vandalları işğal dövründə bu kəndi də yerlə-yeksan edərək xarabalığa çeviriblər.

Kənd 2020-ci il oktyabrın 28-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər