05.02.2025, 21:04
AZ EN
19.04.2024, 08:00 313

Qubadlı rayonu, Qundanlı kəndi

ŞƏRQİ ZƏNGƏZUR
  • Qubadlı rayonunun Qundanlı kəndi Bərgüşad çayı sahilində, dağətəyi ərazidə yerləşir. Bu toponim Qundanlı nəslinin adı ilə bağlıdır. 1917-ci ilə qədər bu kəndin adı Qundanlı Müskanlı, Daşaltı, Əzizobası, Şərəfli olub.

Ağıllar-adlı toponim Qundanlı kəndinin şimal qərbində, dağın ətəyində yan-yana olan qədim qoyun arxaclarının adıdır. Ağıl mal-qara, qoyun-quzu yatdığı yerə deyilir.

Araqçın təpə-Qundanlı kəndi ilə üzbəüz Bərgüşad çayının o tayında təpənin adıdır. Təpə digər ərazilərdən gözəlliyi ilə seçilir. Araqçına oxşadığına görə adlandırılıb. Yerli sakinlərin dediklərinə görə, təpə heç vaxt öz yaşıllığını itirməyib.

Çömçəli-toponimi Qundanlı kəndi ərazisində böyük dərənin adıdır.

Dərbənd-adlı toponim də Qundanlı kəndinin ərazisindədir. Sözün deyilişində bir qədər dəyişiklik olmuşdur. “Dar”, “ensiz, çətin keçilən yer mənasında”, “bənd” isə kəsilmiş, daralmış mənasında işlənmişdir.

Qundanlı kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri  tərəfindən işğal edilmişdi, erməni quldurları kəndi vandal edərək xarabalığa çevirmişlər.

Kənd 2020-ci ildə, Vətən müharibəsi zamanı düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər