Kənd XIX əsrdə Hocaz kəndinə məxsus binə yerində salınmışdır. Sonralar həmin kənddən ayrılmış ailələr burada daimi məskunlaşmışlar. Tədqiqatçıların fikrincə, Sonasar oykonimi Sona (yaşılbaş) və sar (yırtıcı quş) sözlərindən əmələ gəlmişdir. 1 dekabr 2020-ci ildən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nəzarətindədir.
İsa MUSAYEV