Uşaq qalası Azərbaycan Respublikasının Laçın rayonunun Quşçu kəndinin ərazisində yerləşir. Onun yerləşdiyi ərazi "Qalacıq" adlanır. Tədqiqatçıların fikrincə qala orta əsrlərdə (XV əsr) inşa edilmişdir. Uşaq qalasının tikintisində çay daşlarından istifadə edilmişdir. Qala çox-çox illər əvvəl uçulub dağılmışdır. Lakin 4-5 daş hündürlüyündə özülü qalmışdır. Onu da qeyd edək ki, qalanın heç bir təsviri günümüzə qədər gəlib çatmamışdır.
İsa Musayev