22.11.2024, 01:50
AZ EN
04.04.2023, 21:30 247

Bakıda “Gizli ölüm toxumları” kitabının təqdimatı olub

QARABAĞ
  • Bakıda “Gizli ölüm toxumları” kitabının təqdimatı olub.

Tədbir Beynəlxalq Mina Xəbərdarlığı və Mina Fəaliyyətinə Yardım Gününə həsr olunub.

“4 aprel dünya ictimaiyyəti üçün həm kədərli gündür, həm də qürur günüdür. Kədərlidir, çünki mina qurbanlarının sayı hər gün artır, qürur günüdür, çünki getdikcə daha çox insan bu problemlə mübarizə aparmağa çalışır”, - İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidənqurması üzrə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin rəhbər müavini Sultan Hacıyev deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanın prioritet hədəflərindən biri işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsidir: “Nə qədər çətin məsələ olsa da, inanıram ki, biz bu problemin öhdəsindən gələcəyik”.

S.Hacıyev vurğulayıb ki, “Gizli ölüm toxumları” kitabı beynəlxalq səviyyədə Azərbaycanın mübarizə apardığı problemin işıqlandırılmasında kömək edəcək.

Öz növbəsində Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev qeyd edib ki, bu kitabın təqdimatı vaxtında keçirilir.

F.Rzayevin sözlərinə görə, kitabda Azərbaycanın ərazilərin bərpası yolunda üzləşdiyi bütün dəhşətlər öz əksini tapıb: “Ölkəmiz minalarla bağlı ağrılı təcrübəyə malikdir. Artıq Ermənistanla münaqişə başa çatıb, lakin bu günə qədər insanlar ermənilərin basdırdığı minalara düşərək həlak olur”.

Sonda F.Rzayev bu kitabın Azərbaycana həqiqətən kömək etməkdə maraqlı olanlar üçün həqiqətlərin beynəlxalq arenaya çatdırılmasında mühüm rol oynayacağına ümidvar olduğunu bildirib.("Report")

Oxşar xəbərlər

SON XƏBƏRLƏR