20.04.2025, 02:09
AZ EN
01.04.2023, 09:04 238

Laçın-Xankəndi yolundakı aksiya 111 gündür davam edir

QARABAĞ
  • Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə "Qızılbulaq" qızıl və "Dəmirli" mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.

İctimai fəallar hava şəraitinin qarlı və şaxtalı olmasına baxmayaraq aksiyanı gecəboyu davam etdirib. Hazırda havanın temperatoru -2 dərəcədir.

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb və 111 gündür davam edir. (APA)

Oxşar xəbərlər