22.11.2024, 19:51
AZ EN
15.11.2022, 11:42 449

"Azəristiliktəchizat" azad edilmiş ərazilərin enerji infrastrukturunun bərpasında iştirak edir

QARABAĞ
  • İşğaldan azad edilmiş ərazilərimizdə enerji infrastrukturunun bərpası və yenidən qurulması üçün "Azəristiliktəchizat" ASC də Baş Planların müzakirələrində və istilik infrastrukturunun yaradılması ilə bağlı təkliflərin hazırlanmasında fəal iştirak edir.

Bu barədə istilik mövsümünün başlanmasına həsr olunmuş brifinq zamanı "Azəristiliktəchizat" ASC-nin sədri vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev bildirib.

Onun sözlərinə görə, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 8 may tarixli 2642 nömrəli "Şuşa şəhərində istilik təchizatı sisteminin layihələndirilməsi, tikintisi və quraşdırılması ilə bağlı tədbirlər haqqında" Sərəncamının icrası ilə əlaqədar "Azəristiliktəchizat" ASC tərəfindən Energetika Nazirliyi və Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi ilə razılaşdırılmaqla quraşdırılmış gücü 8110 kVt/saat olan 7 qazanxananın tikintisi və müxtəlif təyinatlı 16 binanın məhəllədaxili və binadaxili istilik və isti su təchizatı sistemlərinin yenidən qurulması işləri başa çatdırılaraq işə salınıb.

"Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 iyun tarixli sərəncamına ilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə yaşıl enerji zonasının yaradılması üzrə Tədbirlər Planı" təsdiq edilib və "Optimal istilik və isti su təchizatı sistemlərinin seçilməsi və müvafiq infrastrukturun qurulması ilə bağı təkliflərin hazırlanaraq təqdim edilməsi" "Azəristiliktəchizat"a həvalə edilib", - deyə İlham Mirzəliyev vurğulayıb. (APA)

Oxşar xəbərlər