DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, tədbir çərçivəsində Mərkəzi Gömrük Hospitalının yüksək ixtisaslı tibb heyəti və müasir tibbi avadanlıqlarla təchiz olunmuş mobil hospital Füzuli şəhərinə ezam olunub. Sakinlərə kardioloji, uroloji, endokrinoloji, pediatrik, radioloji, nevroloji, ginekoloji və cərrahi xidmətlər göstərilib, səhhətində problem aşkarlananlar USM, EKQ, EXO və digər tibbi avadanlıqlar vasitəsilə müayinə edilərək tibbi məsləhətlər verilib və müvafiq müalicələr təyin olunub.
Həmçinin, tibbi-sosial xeyriyyə aksiyası zamanı müayinə olunan sakinlərə resept üzrə yazılmış dərman preparatları paylanılıb.
Ümumilikdə aksiyada 250 nəfərə tibbi xidmətlər göstərilib.
GÜNEL