24.04.2025, 19:00
AZ EN
24.04.2025, 14:23 205

İtaliyalı səyyah: Qarabağda olmaq mənim üçün böyük fürsətdir

QARABAĞ
  • Qarabağda olmaq şansım olduğu üçün çox minnətdaram.

Bunu azad edilmiş ərazilərə səfər edən İtaliyadan olan səyyah Jacopo Biasolo bildirib.

O qeyd edib ki, bu onun Qarabağa ilk səfəridir və burada gördüklərindən dərin təəssürat alıb:

“İlk növbədə deməliyəm ki, bura gəlmək imkanım olduğu üçün çox minnətdaram. Qarabağı görmək üçün əla fürsətdir”.

O, daha əvvəl də münaqişələrin yaşandığı bölgələrə səyahət etdiyini deyib:

“İnsanların geri qayıtmaq, yeni həyat qurmaq arzusu onlar üçün yeni bir fəsil yaradır. Mən bu yaxınlarda Suriyaya səyahət etdiyim zaman bunun şahidi oldum. Eyni şeyi burada - Qarabağda görmək çox gözəl fürsətdir. Mən mütləq hər kəsə buradakı vəziyyət barədə danışacağam”.

İtaliyalı səyyah dostlarını da Qarabağa səfərə dəvət edəcəyini bildirib:

“Həqiqətən ümid edirəm ki, bir neçə ildən sonra buraya daha çox insan gələcək. Əminəm ki, bura gəlmək daha asan olacaq və bura çoxlu insanların ziyarət etdiyi bir yerə çevriləcək”. (APA)

Oxşar xəbərlər