Bu barədə rayonun Həsənriz kəndinə köçürülən sakin İlham Nəcəfov danışıb.
Onun sözlərinə görə, sakinlər kənddə yaradılan şəraitdən razıdırlar:
“Mən bu gün çox sevinirəm. Ümumiyyətlə, millət olaraq sevinməyə haqqımız var. Torpaqlarımızın işğal altında qaldığı vaxtlarda çox əziyyət çəkdik.
Mən özün 1992-il oktyabr ayından ərazilərimizin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak eləmişəm. Bu yolda qazandığımız qələbələrlə, uğurlarla hər zaman qürur duymuşam.
Dövlətimiz azad olunmuş ərazilərdə sürətlə bərpa-quruculuq işləri həyata keçirir. Bu çərçivədə bizim doğma kəndimiz də bərpa olunub, yaşayış üçün bütün işlər görülüb. Burada yaradılan şəraitdən olduqca razıyıq”. (Report)