Tehran xanım doğma yurda qayıdışının təəssüratlarını “Vətən səsi” ilə paylaşıb. Deyir ki, doğma torpaqlarımıza qovuşmağımızı sözlə ifadə edə bilmirəm. Mənim üçün bir gənc kimi bu çox qürurvericidir. Mən öz dədə-baba yurduma qayıtdığıma görə fəxr edirəm. Bu günü yaşadığıma görə Allaha min şükür. Bunu bizə yaşadan şəhidlərimizə Allah rəhmət etsin. Qazilərimizə, Ali Baş Komandanımıza can sağlığı arzulayıram. Burada yaşamaq bir xəyal idi. Qarabağda çalışmaq isə bir gənc kimi insana daha çox qürur verir. Biz burada doğma insanlarımıza xidmət edirik. Müəllimin işi isə daha da məsuliyyətlidir. Xankəndidə çalışmaq, burada uşaqlara bilik öyrətmək, onları gələcək həyata hazırlamaq düşünürəm ki, sıradan bir iş deyil...
Artıq bir aydır ki, Kərkicahan 1 nomrəli tam orta məktəbdə çalışıram. Qeyd edim ki, bu torpaqlarda vaxtilə mənim iki babam da müəllim işləyib. Maarif Quliyev Xocalıda, Kosalar kənd məktəbinin tanınmış direktoru olub.
Mina RƏŞİD