09.06.2025, 00:33
AZ EN
19.05.2023, 12:00 296

Ağdamın Sarıcalı kəndində mina təmizləmə proses yüksək peşəkarlıqla həyata keçirilir

QARABAĞ
  • Bu gün Ağdamda böyük quruculuq, tikinti işləri uğurla həyata keçirilir, Ağdama yeni nəfəs, yeni can verilir. Üç il bundan öncə, məhz 30 ilə yaxın bir müddətdə düşmənin işğal altında saxladığı Ağdam rayonu  minalardan təmizlənir.

Bununla bağlı Az.TV-nin çəkiliş komandası Ağdam rayonunun Sarıcalı kəndində minalı sahələrdən video-çəkiliş hazırlayıb.

Video-görüntüdən də məlum olur ki, Ağdam minaların basdırılmasına görə ən təhlükəli zonadır. Digər işğaldan azad olunmuş ərazilərimiz kimi, bura da işğaldan azad olundandan sonra ANAMA-nın xüsusi mina təmizləmə briqadası əraziyə cəlb olunub. Hazırda Sarıcalı kəndi ərazisində, keçmiş təmas xətti adlanın bir ərazidə mina təmizləmə prosesi gedir. Bu ərazi minalardan çirklənmə səviyyəsinə görə, ən təhlükəli ərazi hesab olunur. Lakin bütün bunlara baxmayaraq, ANAMA əməkdaşları, mina təmizləyənlərimiz  bu prosesi yüksək peşəkarlıqla icra edirlər.

Bununla bağlı təkcə Sarıcalı kəndi ərazisində yox, ona yaxın ərazilərdə də ANAMA bütün çətinliklərə baxmayaraq, fasiləsiz olaraq mina təmizləmə əməliyyatı keçirir. Çünki ərazi 30 ilə yaxın bir müddət ərzində işğalda olub və nəinki minalar, burada partlamamış döyüş sursatları da kifayət qədərdir. Ərazinin sahibsiz qalması isə burada zəhərli həşaratların, ilanların da çox olmasına şərait yaradıb ki, bu da bir təhlükədir, eyni zamanda ərazi metal qırıntıları ilə də çox çirklənib, bu da bir təhlükədir. Lakin bütün bunlara baxmayaraq, burada təmizləmə  proses uğurla icra olunur.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər