03.02.2026, 17:49
AZ EN
03.02.2026, 15:26 149

Füzuli və Ağdamda ekoloji maarifləndirmə tədbirləri keçirilib

QARABAĞ
  • Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələrinin əməkdaşları tərəfindən “Tullantıların ekoloji cəhətdən səmərəli idarə olunması və təkrar emal” mövzusunda növbəti maarifləndirici görüşlər təşkil olunub.

Maarifləndirici görüşlər Füzuli rayonunun Bala Bəhmənli kəndində, Ağdam rayonunun Quzanlı qəsəbəsində, Xındırıstan və Üçoğlan kəndlərindəki tam orta məktəblərdə də keçirilib.
Görüşlər zamanı şagirdlərə məişət tullantılarının düzgün idarə olunması, çeşidlənməsi, təkrar emal prosesi və bu sahədə hər bir vətəndaşın görə biləcəyi tədbirlər barədə ətraflı məlumat verilib. Eyni zamanda ətraf mühitin qorunmasının əhəmiyyəti, təbii ehtiyatlardan səmərəli istifadə və gündəlik ekoloji davranış qaydaları izah olunub.
Tədbirlər interaktiv formada təşkil edilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Hazırladı: Mina RƏŞİD

Oxşar xəbərlər