26.01.2026, 10:40
AZ EN
04.01.2026, 15:14 115

Xocalıda yolda avtomobildə qalan vətəndaşlara köməklik göstərilib

QARABAĞ
  • Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Xocalı rayonu, Baharlı kəndi ərazisində yolların buz bağlaması səbəbindən vətəndaşların avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-dən verilən xəbərə görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Şuşa şəhər Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Yanğınsöndürən-xilasedicilər tərəfindən yolun buz bağlaması səbəbindən hərəkətini davam etdirə bilməyən “Azsamand” markalı minik avtomobilinin hərəkəti təmin edilib və vətəndaşlara müvafiq köməklik göstərilib. (APA)

Oxşar xəbərlər