13.12.2025, 05:42
AZ EN
11.12.2025, 17:04 163

Qarabağ Universitetində insan hüquqları mövzusunda maarifləndirici təlim keçirilib

QARABAĞ
  • Münaqişədən sonrakı dövrdə insan hüquqlarının qorunması və humanizm dəyərlərinin təşviqi cəmiyyətin davamlı inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə Qarabağ Universitetində tələbələrin hüquqi biliklərinin artırılması istiqamətində növbəti təlim keçirilib.

Qarabağ Universitetinin Tələbələrlə iş mərkəzinin dəstəyi və Gənc Hüquqşünaslar Klubunun təşkilatçılığı ilə Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə “Münaqişədən Sülhə: İnsan Hüquqları və Humanizm” adlı təlim proqramı baş tutub.

Təlimin spikeri BMT-nin Gənclərdən ibarət Məşvərətçi Şurasının üzvü Azər Seyidli iştirakçılara insan hüquqlarının əsas prinsipləri, münaqişə və post-münaqişə dövrlərində hüquqların qorunması, eləcə də humanist dəyərlərin cəmiyyətə təsiri barədə geniş təqdimatla çıxış edib.

Tədbir tələbələrin hüquqi biliklərinin artırılması, müzakirə bacarıqlarının inkişafı və insan hüquqları mövzusunda fəal vətəndaş mövqeyinin formalaşdırılması baxımından əhəmiyyətli olub.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər