"Vətən səsi" xəbər verir ki, qarın intensivliyi qısa müddətdə yeri tam örtəcək dərəcədə artıb. Hava şəraitinin kəskin dəyişməsi xüsusilə yüksək dağlıq zonalarda daha aydın hiss olunur. Hazırda Kəlbəcərdə güclü qar müşahidə olunur.
Xatırladaq ki, son günlər Kəlbəcərdə həm meşə, həm də açıq ərazilərdə yanğınlar baş verib. Bir neçə gün əvvəl açıq ərazidə başlamış yanğınların söndürülməsi üçün heliokopterlərin köməyindən istifadə olunsa da, yanğının qarşısını almaq mümkün olmamışdı. Ötən axşamdan başlayan qarın təsiri ilə yanğın demək olar ki, tam şəkildə söndürülüb.