01.12.2025, 12:04
AZ EN
18.11.2025, 09:18 237

Mikayıl Süleymanov: “Xankəndidə vətəndaşlarımıza şərəflə xidmət edəcəyəm”

QARABAĞ
  • 44 günlük Vətən müharibəsi Zəfərimizlə sonunclanandan sonra işğaldan azad olunmuş bölgələrimizdə təmir-tikinti, bərpa və quiruculuq işləri görülməyə başlanıldı. Artıq Böyük Qayıdış proqramı uğurla həyaa keçirilir. Böyük Qayıdış proqramının həyata keçirilməsi çərçivəsində bölgələrimizə qayıdan vətəndaşlarımızın məşğulluğu istiqamətində mühüm addımlar atılır.

Böyük Qayıdış proqramı çərçivəsində öz yurduna köçürülərək məşğulluğu təmin edilən vətəndaşlarımızdan biri də Mikayıl Süleymanovdur. 13 yaşından tərk etməyə məcbur qaldığı doğma Xankəndiyə 32 illik həsrətdən sonra qovuşan M.Süleymanov Dövlət Məşğulluq Agentliyinin vasitəsilə burada SOCAR-ın “Azəriqaz İB”-də işlə təmin olunub.

O, özü haqqında belə deyir:

-Kərkicahan qəsəbəsində yaşamışam. Ordan çıxanda mənim 13 yaşım var idi. Atam da Birinci Qarabağ müharibəsinin qazisi olub. 32 il Gəncə şəhərində məcburi köçkün həyatı yaşamışıq. Dövlətimizdən çox razıyıq. Biz 32 ildən sonra öz doğma torpağımıza qovuşduq. İndi buda işləyirəm. Həm sevinirəm, həm də kədərlənirəm. Şəhidlərimizə Allah rəhmət eləsin. Onların valideynlərinin qarşısında baş əyirəm. Qazilərimizə də cansağlığı arzulayıram.

Dövlət Məşğulluq Agentliyinə müraciət etdim. Sağ olsunlar, onlar da məni 3 aylıq kursa göndərdilər. Kursu bitirəndən sonra sertifiqat aldım.  SOCAR-ın “Azəriqaz İB” şirkətində işlə təmin olundum. Hal-hazırda burda çalışıram, çox razıyam.  Şəhərin demək olar ki, yarı hissəsini qazla təmin etmişik. İnşallah, axıra kimi də buranı qazla təmin edəcəyik. Öz doğma yurdumda vətəndaşlarımıza şərəflə xidmət edəcəyim üçün qürur duyuram.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər