13.11.2025, 22:57
AZ EN
13.11.2025, 16:00 211

Vəngli sakini: Onilliklər boyunca ən böyük arzumuz doğma kəndə qayıtmaq olub

QARABAĞ
  • Onilliklər boyunca Vəngli əhalisinin ən böyük arzusu doğma kəndə qayıtmaq olub.

Bunu açıqlamasında Ağdərə rayonunun Vəngli kəndinə qayıdan sakin Allahverdi Cabbarov deyib.

O, bu gün münaqişə dövründə həyatını itirmiş ailə üzvlərinin də ruhlarının şad olduğunu vurğulayıb:

"Atam kənddə 54 il ferma müdiri olub. Müharibə alovlananda vəziyyət elə gətirdi ki, məcbur olub kəndi tərk elədik. Anam 1989-cu ilin noyabrında qəza zamanı dünyasını dəyişdi. 1992-ci isə atam və qardaşım minaya düşərək şəhid oldular. Onilliklər boyunca hər zaman arzu edirdik ki, doğma yurdumuza dönək. Bu günə şükür ki, arzumuz həyata keçdi, kəndimizə qayıtdıq". (Report)

Oxşar xəbərlər