Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu mərhələdə Vəngli kəndinə 45 nəfərdən ibarət 11 ailə köçürülüb.
Sakinlərə mənzillərin açarlarını təqdim edən xidmətin icraçı direktorunun müavini Mahmud Əfəndiyev bildirib ki, dövlətimizin başçısının tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərdə köçürülmə prosesi ardıcıl şəkildə davam etdirilir. Kənddə bütün zəruri infrastruktur yenidən qurulub. Buraya mühəndis-kommunikasiya xətləri, yol və su təchizatı sistemləri də daxildir. Məqsəd sakinlər üçün rahat və təhlükəsiz yaşayış mühiti yaratmaqdır.
Mərasimdən sonra ailələr yeni evlərində yerləşiblər. (AZƏRTAC)