Türkan xanım deyir ki, Füzuli işğal olunanda mənim 3 yaşım var idi. Füzuli şəhərində yaşamasam da, ancaq aləmdən, böyüklərimdən haqqında çox söhbətlər eşitmişəm. Təbii ki, bizim arzumuz idi, istəyirdik ki, gələk öz doğma torpağımıza, ana yurdumuza:
“Şükür Allaha ki, artıq gəlmişik, Vətənimizdəyik. Mən Naxçıvan Dövlət Universitetinin tarix-filalogiya fakültəsini bitirmişəm. Öz ixtisasıma uyğun bir işlə təmin olunmaq istəyirdim. Dövlət Məşğulluq Agentliyinə müraciət elədim. Çox sağ olsunlar ki, məni Füzuli şəhər Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzində işlə təmin etdilər. Hal-hazırda Kurmanqazi adına Uşaq Yaradıcılıq Mərkəzində mədəni-_ təşkilatçı vəzifəsində çalışıram. Yenidən qurulan Füzulimizdə yaşayan şagirdlərin, məktəbəqədər uşaqların inkişafı üçün böyük qürur və sevinc hisssi ilə çalışırıq.
Cənab Prezidentimiz İlham Əliyevə bu gözəl şərait üçün dərin minnətdarlığımızı bildiririk. Şəhidlərimizə Allagdan rəhmət diləyir, qazilərimizə şəfa, cansağlığı arzulayırıq. Onların sayəsində hazırda biz çox gözəl şəraitdə yaşayırıq”.
Tahirə AĞAMİRZƏ