Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, Olimpiya çempionları əvvəlcə Qarabağ Universitetini ziyarət edib, sonra Xankəndi stadionunda görülən tikinti işlərinə baxıblar. Bildirilib ki, yaxın vaxtlarda stadionun yenidənqurma prosesi başa çatdırılacaq.
Olimpiya çempionlarının Şuşa, Laçın, Füzuli və Ağdama da səfərləri və yerli sakinlərlə görüşləri nəzərdə tutulub.
Xatırladaq ki, dövlət başçısı 2024-cü ilin idman yekunlarına həsr olunmuş tədbirdə çıxışı zamanı idmançıların işğaldan azad edilmiş torpaqlara səfərlərinin gənclər və uşaqlar üçün böyük əhəmiyyət daşıyacağını vurğulamışdı. Prezidentin bu çağırışına qoşulan idman ictimaiyyəti nümayəndələrinin səfərləri Gənclər və İdman Nazirliyinin təşəbbüsü və dəstəyi ilə həyata keçirilir. (AZƏRTAC)