30.07.2025, 05:41
AZ EN
29.07.2025, 15:50 172

Ağdam sakini: Doğma kəndimə yenidən qayıtdığım üçün çox xoşbəxtəm

QARABAĞ
  • Otuz iki il bu torpağın həsrəti ilə yaşamışıq. Uşaqlığımın, gəncliyimin keçdiyi doğma kəndimə yenidən qayıtdığım üçün çox xoşbəxtəm.

Bu sözləri iyulun 29-da Ağdam rayonunun Xıdırlı kəndinə köç edən keçmiş məcburi köçkün Tahir Abdunov müsahibəsində söyləyib.

“Sevinirəm ki, övladlarım, nəvələrim Xıdırlının havasında nəfəs alacaq, ata-baba yurdumuzda yaşayacaqlar. Mən yaşlıyam, gənclərə deyirəm ki, torpağı sevsinlər, qədrin bilsinlər”, - deyə keçmiş məcburi köçkün bildirib. (AZƏRTAC)

Oxşar xəbərlər