16.04.2025, 14:22
AZ EN
03.10.2024, 15:14 302

Beynəlxalq Forumun iştirakçıları Ağdamda minaların zərərsizləşdirilməsi prosesini izləyiblər

QARABAĞ
  • Ombudsmanların Beynəlxalq Bakı Forumunun iştirakçıları Ağdam rayonunun Sarıcalı kəndində minaların zərərsizləşdirilməsi prosesini izləyiblər.

Səfər iştirakçılarına işğaldan azad edilmiş ərazilərdə ANAMA tərəfindən aparılan minatəmizləmə işləri barədə məlumat verilib.
Eyni zamanda, iştirakçılara otuz ilə yaxın işğal müddətində
qadınlar və uşaqlar da daxil olmaqla minlərlə şəxsin mina qurbanına çevrildiyi bildirilib, basdırılmış minaların regionda həyata keçirilən tikinti və bərpa prosesinə, keçmiş məcburi köçkünlərin öz torpaqlarına qayıdışına maneə yaratdığı diqqətə çatdırılıb.

Sonra qonaqlar minaların zərərsizləşdirilməsi prosesini izləyiblər.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər