11.09.2025, 03:40
AZ EN
24.08.2025, 17:00 214

İndi mən Şuaşada anamın yolunu davam etdirirəm

QARABAĞ
  • Böyük Qayıdış proqramı çərçivəsində Şuşaya qayıdan Xatirə Rəhimova anasının yolunu şərəflə davam etdirərək bu gün AZ5800 indeksli Şuşa Poçt Filialında xidmət göstərir.

        Xatirə Ramiz qızı Rəhimova deyir ki, Şuşa Poçt Filialının aparıcı mühasibi kimi işə başlamışam: “Mən 1988-ci ildə Şuşa şəhərində anadan olmuşam. Orta təhsilimi 5 saylı Şuşa orta məktəbində  almışam. 1992-ci ildən məlum səbəblərdən məcburi köçkün həyatı yaşadıq. Artıq şükürlər olsun, məcburi köçkün adından azad olduq. Təəssüf ki, atam Şuşanın azadlığını görmədi.  Çox istəyirdi Şuşaya gəlmək... Amma şükürlər olsun ki, ən azı anam, mən və doğmalarımızın çoxu ilə birlikdə biz bu torpağa yenidən qayıtdıq. Şuşaya qayıdışla “Azərpoçt” əməkdaşı oldum. Bəli, bu, sevindirici haldır. Çünki bizim ailəmizdə anam da “Azərpoçt” işçisi olub.  1991-ci ildə  anam məhz bu binada işləyib”.

1988-92-ci illərdə Şuşa Poçt Filialının əməkdaşı olmuş Nərminə Rəhimova deyir ki, poçda işləmək, o vaxtlar çox maraqlı idi. Həmin o maraq bizim qəlbimizdə qalıb. Həmin o marağı indi övladımda  gördükcə çox sevinirəm, çox fərəhlənirəm.  Uzun illər Vətən həsrəti ilə yaşadıq, Şuşanın həsrətini çox çəkdik. Bu gün isə çox sevinirik, çox qürurluyuq.

Xatirə Rəhimova əlavəedir ki, heç vaxt ağlıma gəlməzdi ki, Bakıdan başqa  hardasa yaşaya bilərdim.

İndi mən Şuşada anamın yolunu davam etdirirəm. Prezidentimizə təşəkkürümü bildirirəm. Şəhidlərimizin, qazilərimizin önündə baş əyirəm ki, bu gözəl günü bizə yaşatdılar.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər