Qonaqlara kəndin bərpasının birinci mərhələsi çərçivəsində həyata keçirilən infrastruktur layihələri haqqında məlumat verilib. Bunlara çoxfunksiyalı inzibati bina, klub-icma mərkəzi, tibb məntəqəsi, təcili tibbi yardım bölməsi, məişət xidməti obyekti, emalatxana, təhsil və səhiyyə sahəsində mütəxəssislərin müvəqqəti yaşaması üçün qonaq evi, həmçinin tam orta məktəb və körpələr evi-uşaq bağçası daxildir.
Qeyd edək ki, Xıdırlı kəndinin birinci mərhələsinin açılış mərasimi iyulun 3-də Azərbaycan Prezidenti İlham Əliyevin və Qırğızıstan Prezidenti Sadır Japarovun iştirakı ilə keçirilib.
Xatırladaq ki, III Şuşa Qlobal Media Forumu iyulun 19-da "Rəqəmsal keçidlər: süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi" mövzusunda açılıb və iyulun 21-dək davam edəcək. (Report)