21.06.2025, 21:58
AZ EN
21.06.2025, 17:52 4

FHN-in Qarabağ Regional Mərkəzi nümunəvi mülki müdafiə məşqi təşkil edib

QARABAĞ
  • Fövqəladə Hallar Nazirliyinin (FHN) Qarabağ Regional Mərkəzinin təşkilatçılığı çərçivəsində Tərtər rayonunun hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirilib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, “Fövqəladə hadisələr zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələrinin xəbərdarlıq toplanışı siqnalı üzrə fəaliyyəti” mövzusunda keçirilən məşqə FHN-nin və rayonun aidiyyəti qurumlarının hərbiləşdirilməmiş mülki müdafiə qüvvələrinin, ümumilikdə, 31 ədəd texnikası və 200 nəfərdən ibarət şəxsi heyəti cəlb olunub.

Məşqin keçirilməsində məqsəd ərazi mülki müdafiə qüvvələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, komandir-rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması olub.

Tədbir zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyətləri yoxlanılıb, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.

Sonda məşqin təhlili aparılaraq çatışmazlıqlar diqqətə çatdırılıb, müvafiq tapşırıqlar verilib. (AZƏRTAC)

Oxşar xəbərlər