Bu fikirləri Kəngərli kənd sakini Şirxan Həsənov deyib.
Mayın 23-də Kəngərli kəndinə, yurduna qayıdan Şirxan Həsənov burada onlara verilən evlərin müasir tələblər səviyyədə inşasından razı olduğunu vurğulayıb: "Uzun illərdir məcburi köçkün həyatı yaşayırdıq. Bu gün təkcə kəndimizə qayıtmadıq, həm də daimi əmək fəaliyyəti ilə təmin edilmişik.
Bu gün 2 övladımın əlindən tutaraq yenidən dirçələn kəndimizin küçələrində gəzmək qürurvericidir. Ağdam Sənaye Parkında fəaliyyət göstərən BAFCO MMC-də işlə təmin olundum".
"Bir daha əmin oldum ki, dövlətimiz nəinki illərdir, xarabalığa çevrilən evlərimizin bərpasını, kəndlərimizin yenidən inşasını düşünür, hətta bura köçən sakinlərin əmək fəaliyyətlərinin də qayğısına qalır, bizim firavan yaşamağımızı təmin edir. İndi qalır bizim bu görülən işləri sakin olaraq davam etdirib, dövlətimizin gördüyü işlərə töhfəmizi verməyimiz", - o əlavə edib. (Report)