12.07.2025, 15:36
AZ EN
07.05.2025, 08:35 244

Qarabağ Universitetinin Mentorluq Proqramı fəaliyyətə başlayıb

QARABAĞ
  • Qarabağ Universitetinin Mentorluq Proqramı fəaliyyətə başlayıb.

Bu barədə universitetin məlumatında bildirilib.

Qeyd edilib ki, proqram çərçivəsində baş tutan qrup və individual görüşlərdə mentorlar öz sahələrində qazandıqları təcrübələri, peşəkar məsləhətləri və inkişaf yollarını mentilərlə bölüşür, onları akademik və karyera hədəflərinə çatmaqda dəstəkləyirlər.

Proqramda iştirak edən mentorlar və tələbələr arasında aparılan məqsədyönlü fikir mübadiləsi gənclərin kritik düşünmə, problem həll etmə və qərarvermə bacarıqlarının formalaşmasına töhfə verir.

Qeyd edək ki, Mentorluq Proqramı tələbələrin şəxsi və peşəkar inkişafını dəstəkləmək məqsədilə həyata keçirilir. Eyni zamanda proqram vasitəsilə tələbələr universitetin müxtəlif sahələrdə uğur qazanmış mütəxəssislərinin təcrübəsindən bəhrələnir və gələcək karyera yollarında daha düzgün qərarlar verməsinə şərait yaradır.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər