24.04.2025, 22:04
AZ EN
24.04.2025, 17:52 11

Türkiyəli səyyah: Qarabağın yenidən qurulması çox sevindiricidir

QARABAĞ
  • "Müharibənin amansız izləri qalan bu torpaqlarda dolaşmaq çox çətindir”.

Bunu bu gün Qarabağa səfər edən “NomadMania” beynəlxalq səyyah klubunun üzvü, türkiyəli səyyah Sevcan Akesi deyib.

"Burada hər yer hüznlə doludur. Bir təsəlli odur ki, Azərbaycan tərəfi öz torpaqlarını qaytarıb. Biz indi Ağdamda şəhid məzarlarını ziyarət edirik. Bu da bir təsəllidir. Arzu edirik ki, Azərbaycan bir də müharibə yaşamasın. Qarabağda şəhərlərin yenidən qurulmasının şahidi olduq. Bu, məni çox sevindirir”, deyə Türkiyədən olan səyyah bildirib. (APA)

Oxşar xəbərlər